Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 3-də Tərtər rayonun Suqovuşan qəsəbəsində Azərbaycan Bayrağını ucaltdı. Prezident çıxışında qeyd etdi ki, bir il bundan əvvəl oktyabrın 3-də Suqovşan qəsəbəsi işğaldan azad edildi. Bu çox əlamətdar hadisə idi. Müharibənin ilk günlərində strateji qəsəbəni işğaldan azad etmək böyük uğrumuz idi. Suqovuşan qəsəbəsinin azad edilməsi strateji nöqteyi nəzərdən çox böyük əhəmiyyət kəsb edirdi. Çünki bu qəsəbənin yerləşməsi müharbənin gedişatında önəmli rol oynayırdı və qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük təşkil etdirirdi. Düşmən burada çox güclü istehkamlar qurmuşdu. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedəndə yollarda düşmən postları yerləşirdi. Azərbaycan ordusu böyük qəhramanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Suqovuşanı və Talışı işğaldan azad etdi. Bu ərazilərin strateji əhəmiyyəti ondan ibarətdir ki, burada düşmənin çox böyük canlı qüvvəsi və ən əsası da Suqovuşan su anbarı yerləşir. Su anbarının əsas məqsədi Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su vermək idi. Talış və Suqovuşanın azad edilməsi ordumuza əlavə güc, mənəvi ruh verdi. Bu mənəvi üstünlüyü biz müharibənin son gününə qədər saxladıq. Prezident İlham Əliyev çıxışının sonunda qeyd etdi ki: “Suqovuşanda və Talış kəndində olarkən bir daha xalqımızın, Silahlı Qüvəllərimizin qəhrəmanlığının şahidi olduq. Buraya gələn hər kəs bunu görür və görəcək. Çünki bu yerləri canımız-qanımız bahasına işğaldan azad etmək xalqımızın şücayətindən xəbər verir. Azərbaycan xalqı müharbə dövründə bir yumruq kimi birləşib, orduya dayaq oldu və biz bunun hesabına düşmənə qalib gəldik. YAŞASIN AZƏRBAYCAN XALQI! Ülviyyə Haqverdiyeva, Xocalı rayon Xankəndi şəhər Kərkicahan qəsəbə tam orta məktəbin müəllimi